• çərşənbə, 24 Aprel, 00:05
  • Baku Bakı 14°C

Hərbi qulluqçumuz şəhid olub

09.06.19 18:41 509
Hərbi qulluqçumuz şəhid olub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

banner

Oxşar Xəbərlər