• çərşənbə, 24 Aprel, 23:28
  • Baku Bakı 23°C

İnsan haqqlarından xəbərsiz Amnesty İnternational…

27.05.19 16:16 406
İnsan haqqlarından xəbərsiz Amnesty İnternational…
Mövcud beynəlxalq təşkilatlar və QHT lərin əksəriyyətinin əhəmiyyətinin azalması tendensiyası müşahidə edirik. Beynəlxalq təşkilatlar və QHT-lərin müasir beynəlxalq münasibətlərdəki yeri və rolu 10 -15 il öncəki kimi deyil və son illər ərzində onların yürütdükləri açıq qərəzli yanaşmaları, beynəlxəlq münasibətlərdəki missiyaları açıq suallar doğurur.
Fəaliyyəti açıq suallar doğuran təşkilatlardan biri də son illər bir sıra ölkələrdə müxtəlif qalmaqallara səbəb olan beynəlxalq qht- Amnesty internationaldır.
Mövcud olduğu ölkədə hüquqi məsuliyyəti və öhdəliyi olmayan bu beynəlxalq qht son illərdə müxtəlif iqtisadi və siyasi lobbi qrupları üçün poliqon rolunu oynaması, demokratiya, insan haqları və şəffaflıq kimi mövzulardakı hesabatları dövlətlər üzərində təsir vasitəsi kimi istifadə olunması, bir sıra hallarda isə müxəlif dövlətlərin öz maraqlarını beynəlxalq müstəvidə daha rahat təmin etməsi təssüratı göz önündədir.
Xüsusilə bu tip təşkilatlardan enerji, iqtisadi və təhlükəsizlik sahələrində strateji coğrafi mövqelərə , mədən sənayesinə malik ölkələr, separatizm və işğaldan əziyyət çəkən ölkələrə qarşı rəqib cəbhədən geniş istifadə olunmaqdadır.
Son illərin hesabatların oyektlivliyi şübhə doğuran Amnesty İnternational müxtəlif informasiyaların geniş ictimaiyyətə çatdırılması adı altında bu və ya diğər regionlarda cəmiyyətləri səfərbər edilməsinə hesablanmış metodlar və alətlərlə kənar maraqların təmin olunması istiqamətində yerli hökümətlərə qarşı daxildən ictimai fikirin səfərbər olunması kampaniyaları aparır.
Yeganə Hacıyeva,
Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert
banner

Oxşar Xəbərlər