• cümə axşamı, 18 aprel, 23:16
  • Baku Bakı 21°C

Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb

21.05.19 20:50 574
Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb
2019-cu il aprel ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz artaraq 8 milyard 339,1 milyon manat təşkil edib.
Trend-in məlumatına görə, əmanətlərin 60,5 faizi xarici, 39,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 19,9 faiz, xarici valyutada əmanətlər isə 2,8 faiz artıb.
2019-cu il aprel ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli isə milli valyuta ekvivalentində 13 milyard 058,0 milyon manat təşkil edib, onun 10 milyard 439,7 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 11,9 faizini təşkil edib.
banner

Oxşar Xəbərlər