• cümə, 19 Aprel, 01:32
  • Baku Bakı 18°C

ABŞ-da aktiv qazma qurğularının sayı azalır

18.05.19 15:15 527
ABŞ-da aktiv qazma qurğularının sayı azalır
Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalmaqda davam edir.
AZƏRTACxəbər verir ki, bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 1 ədəd azalaraq 987 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 59 ədəd azdır.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 3 ədəd azalaraq 802 olub. Əvvəlki ilin eyni dövrünə görə neft qazma qurğularının sayında 42 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı isə 2 ədəd artaraq 185 olub. Ötən ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 15 ədəd azalıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.
banner

Oxşar Xəbərlər