• cümə, 29 Mart, 15:15
  • Baku Bakı 14°C

ABŞ-ın neft ehtiyatları artıb

15.05.19 13:45 389
ABŞ-ın neft ehtiyatları artıb
Ötən həftə Birləşmiş Ştatların xam neft ehtiyatları çoxalıb.
AZƏRTACxəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 8,63 milyon barrel artaraq 477,8 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,2 milyon barrel azalacağı istiqamətində idi.
Əvvəlki həftə isə ABŞ-ın neft ehtiyatları 2,81 milyon barrel artmışdı.
Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.
banner

Oxşar Xəbərlər