Ramazan münasibətilə iftar verilib
Mayın
10-da Müqəddəs Ramazan ayı və ümummilli lider Heydər Əliyevin anadan olmasının
96-cı ildönümü münasibətilə Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid
Camal Əzimbəyli tədbir keçirib. Tədbirdə
Ulu öndər Heydər Əliyev və müqəddəs vətən şəhidləri rəhmətlə anılıb.
Sonra
çıxış edən ilahiyyatçı Hacı Şahin Həsənli Ramazan ayının İslam tarixində xüsusi
yerə malik olduğunu diqqətə çatıdırıb: "Bu ayın fəzilətindən irəli gəldiyi üçün
təsadüfən "11 ayın sultanı” adlandırılmır. Ramazan ayının mənəvi həyatımızda əhəmiyyəti
olduqca böyükdür. Hər bir müsəlman bu ayda xeyirxah əməllərə sahib olmağı
bacarmalıdır. Məhz bu kimi addımlar hər bir insanın mənəvi həyatını zənginləşdirər”.
Qarabağ
Seyid Ocaqlarının rəhbəri, şərqşünas Camal Əzimbəyli tədbirin və iftar süfrəsinin
"Cənnət” Şirkətinin dəstəyi ilə təşkil olunduğunu diqqətə çatıdırıb. O,
müqəddəs Ramazan ayının mübarək fəzilətlərindən söz açıb: "Məhz bu ayda Allah-Təala
tərəfindən Qurani-Kərim insanlara nazil olunub. Belə bir müqəddəs ayda Azərbaycanın,
millətimizin birlik və bərabərliyinin mühafizə olunması, eləcə də işğalda olan
doğma torpaqlarımızın azadlığı üçün dua etmək imandandır. Uca yaradan hər
birimizə işğaldan azad olunacaq Qarabağ torpaqlarında iftar süfrələri açmağı nəsib
etsin!
Onu da
qedy edim ki, bu ayda edilən savab əməllər isə Allah dərgahında heç vaxt
cavabsız qalmır. Ona görə də şəhid, qazi ailələrini Ramazanda daha çox ziyarət
etmək və onları sevindirmək, xeyirxah işlər görmək bu ayın şəninə hörmət əlamətidir.
Bu ilahi fürsəti qaçırmayaq”. Tədbirdə
ilahiyyatçı alimlər Elvüsal Məmmədov, Ağa Hacıbəyli, Mirhəmid Məmmədov, Aslan Həbibov,
"Heydər Məscidi”nin imamı Rza Rzayev və digərləri iştirak ediblər. İlahiyyatçı
alimlər də Ramazan ayının fəzilətləri barədə geniş söz açıblar.