Futbol tarixində görünməmiş hadisə
Portuqaliya
çempionatının 3-ci turunda "Şaveş”lə "Nasional” arasında keçirilən qarşılaşmada
futbol tarixində görünməyən hadisə baş verib.
Kaspi.az xəbər
verir ki, qarşılaşmanın 56-cı dəqiqəsində baş hakim Luiş Qodino gözlənilmədən
oyunu dayandırıb. Bundan sonra laynsman Jorje Krus paltardəyişmə otağına tərəf
qaçıb.
Baş hakim
komanda üzvlərinə məsələni gülərək izah edib. O bildirib laynsman tualetə
getdiyi üçün oyunu saxlamağa məcbur olub.
Laynsman geri
qayıdarkən baş hakim ona, zarafatla qırmızı vərəqə də göstərib. Oyun 2 dəqiqəlik
fasilədən sonra davam etdirilib.