Millət vəkili Naqif Həmzəyev seçiciləri qəbul edib - Fotolar
Millət vəkili Naqif Həmzəyev
təmsil etdiyi dairədə yaşayan seçiciləri ilə növbəti görüşünü keçirib.
Mütəmadi olaraq YAP Gəncə şəhər
təşkilatında yerləşən ofisində seçiciləri ilə görüşən, onların arzu və təklifləri,
problemləri ilə maraqlanan millət vəkili bu dəfə də vətəndaşları ayrı-ayrılıqda
qəbul edib.
Qəbulda qaldırılan məsələlər barədə
millət vəkili seçicilərlə müzakirələr aparıb, ona unvanlanan müraciət və təklifləri səbrlə, təmkinlə,
qayğı ilə dinləyib. Xüsusi
ilə sosial yönümlü və məşğulluqla bağlı məsələlər, məişət problemləri müzakirə
mövzusu olub. Müraciətlərə həssaslıqla
yanaşan millət vəkili mövcud problemlər barədə əlaqədar qurumlarla
daimi əməkdaşlıq sayəsində bir çox problemlərin həll edildiyini vətəndaşların
diqqətinə çatdırıb. Seçicilər də öz növbəsində dəstəyə, onlara göstərdiyi köməkliyə
görə millət vəkili Naqif Həmzəyevə təşəkkürlərini bildiriblər
Görüşdə məşğulluq, sosial və tibbi yardımlarla bağlı
müraciətlər nəzarətə götürülüb, operativ şəkildə araşdırılaraq, qanunvericiliyə
uyğun həll edilməsi üçün aidiyyatı qrumlarla əlaqə yaradılıb. Əksər məsələlər yerindəcə
həllini tapıb.