• cümə axşamı, 18 aprel, 04:12
  • Baku Bakı 15°C

Birləşmiş Ştatların neft ehtiyatları artıb

04.04.19 15:45 557
Birləşmiş Ştatların neft ehtiyatları artıb
ABŞ-ın xam neft ehtiyatları artır.
AZƏRTACxəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədə neft ehtiyatları 7,2 milyon barrel (1,6 faiz) çoxalaraq 449,5 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 425 min barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları artmışdı.
ABŞ-ın strateji neft ehtiyatları keçən həftə əvvəlki həftə ilə müqayisədə dəyişməyərək 649,1 milyon barrel təşkil edib.
Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 1,8 milyon barrel (0,7 faiz) azalaraq 236,8 milyon barrel təşkil edib. Bazar proqnozları da ehtiyatların geriləyəcəyi istiqamətində idi.
banner

Oxşar Xəbərlər