Azərbaycanın elektrik enerjisi ixracı artıb
Yanvarda Azərbaycanın elektrik enerjisi ixracı artıb.
Dövlət Gömrük Komitəsindən (DGK)AZƏRTAC-a bildirilib ki, ötən ay ölkədən 248 milyon 475 min kilovat/saat elektrik enerjisi ixrac olunub. İxrac olunan elektrik enerjisinin dəyəri 11 milyon 116 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, keçən ilin ilk ayında Azərbaycandan 60 milyon 611 min kilovat/saat elektrik enerjisi ixrac edilib, həmin ixracın dəyəri isə 2 milyon 566 min dollar olub.