• cümə, 19 Aprel, 17:30
  • Baku Bakı 25°C

ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb

02.02.19 13:00 486
ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb
Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı geriləyib.
AZƏRTACxəbər verir ki, bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 14 ədəd azalaraq 1045 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 99 ədəd çoxdur.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 15 ədəd azalaraq 847 olub. Lakin bu göstərici ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə neft qazma qurğularının sayı 82 ədəd artıqdır.
Ölkədəki aktiv qaz qazma qurğularının sayı isə 1 ədəd çoxalaraq 198 olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 17 ədəd artıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.
banner

Oxşar Xəbərlər