• şənbə, 20 Aprel, 10:49
  • Baku Bakı 14°C

Bu il 7 min ailə özünüməşğulluq proqramı ilə əhatə olunacaq

30.01.19 12:08 415
Bu il 7 min ailə özünüməşğulluq proqramı ilə əhatə olunacaq
Özünüməşğulluq proqramının icrası böyük ümidlər verir. Bu il 7 min ailə bu proqramla əhatə olunacaq. Baxarıq, imkan olarsa, daha çox ailə bu proqramla əhatə olunacaq. Beləliklə, hələ ki, iş tapa bilməyənlər özünüməşğulluq hesabına ailə büdcəsini təmin edəcəklər.
AZƏRTACxəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda bildirib.
Dövlətimizin başçısı deyib: "Ailə Biznesinə Asan Dəstək - "ABAD" mərkəzləri yaradılır. Bu da çox müsbət haldır. Mən bu mərkəzlərin açılışında olmuşam və bu, "ASAN xidmət"in bir qoludur və çox müsbət təşəbbüsdür. Ailə biznesi bir istiqamət kimi Azərbaycanda, hesab edirəm ki, geniş vüsət ala bilər və almalıdır. Dövlət öz dəstəyini mütləq göstərir və göstərəcək. "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti ilə bağlı mən giriş sözümdə öz fikirlərimi bildirdim. Bu il 5 mərkəzin açılması nəzərdə tutulur”.
banner

Oxşar Xəbərlər