AZE | RUS | ENG |

Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib.
 
AZƏRTAC xəbər verir ki, əvvəlcə səfirlik, daimi nümayəndəliyin əməkdaşları, eləcə də bu ölkədəki diaspor üzvləri Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına gedərək Paris Sülh Konfransının iştirakçısı olmuş Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin məzarlarını ziyarət ediblər.
Müstəqilliyimizin ilk nümayəndələrinin qəbirləri üzərinə əklil qoyulub, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
 
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Qanlı Yanvarın ildönümündə cümhuriyyət qurucularının qəbirlərinin ziyarət edilməsinin rəmzi məna daşıdığını bildirib. Qeyd edib ki, 20 Yanvar qəhrəmanları 100 il öncə əsası qoyulan müstəqilliyimizi bərpa etmək uğrunda həlak olublar.
Səfir 20 Yanvar hadisələrinə hüquqi qiymət verilməsində, müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında, beynəlxalq aləmdə tanınmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib.
 
UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri Anar Kərimov 20 Yanvar hadisələrinin qəhrəmanlıq salnaməsi olduğunu vurğulayıb. Bildirib ki, 29 il əvvəl - Qanlı Yanvar günü tanklar, ağır artilleriya Azərbaycan xalqının iradəsini, müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə, daha da alovlandırdı. Yanvar şəhidlərimiz bir daha göstərdilər ki, xalqımız ata-babalarımızın müstəqillik ruhunu davam etdirirlər.
 
Qeyd edilib ki, 20 Yanvar şəhidləri suverenlik naminə qəhrəmanlığımızın rəmzi kimi yaddaşlarda həkk olub. Ulu öndər Heydər Əliyev həmişə müstəqilliyimiz əbədi olmasını vurğulayıb. Azərbaycan diplomatları bu müstəqilliyin əbədi olması üçün əlindən gələni əsirgəməyəcək.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8856
GEL 1 1 Gürcüstan larisi 0.5846
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0666
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1759
CHF 1 1 İsveçrə frankı 1.7355
KWD 1 1 Küveyt dinarı 5.5864
TRY 1 1 Türkiyə lirəsi 0.3045