AZE | RUS | ENG |

2019-cu il üçün özünüməşğulluq proqramı üzrə təlimlərə başlanır

2019-cu il üçün özünüməşğulluq proqramı üzrə təlimlərə başlanır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 2019-cu il üçün özünüməşğulluq proqramı üzrə "Öz biznesinə başla” adlı təlimlərə başlayır.
Nazirlikdən verilən məlumata görə, martın 18-də başlanacaq təlimlərin ilk mərhələsində özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edən 1000 nəfər iştirak edəcək. Bir aylıq təlim müddətində onlara biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədiləcək.
Təlimlər il ərzində davam etdiriləcək. Hər təlimin yekununda iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin, onların hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək. Qiymətləndirmə biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında aparılacaq. Biznes-planları uğurlu hesab edilən və özünüməşğulluq fəaliyyətinə hazır olduğu müəyyən edilən iştirakçılar kiçik ailə təsərrüfatlarının formalaşdırılması üçün aktivlərlə (mal və materiallarla) təmin ediləcək.
Cari ildə 7-8 min nəfərin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311