• cümə, 19 Aprel, 10:14
  • Baku Bakı 13°C

Bakıda avtomobillərin qiyməti bahalaşıb

29.12.18 16:21 520
Bakıda avtomobillərin qiyməti bahalaşıb
Bakıda avtomobil bazarında bahalaşma müşahidə olunur. Bu barədə Trend-ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib.
Onun sözlərinə görə, ötən rüblə müqayisədə qiyməti 15 min manata qədər olan avtomobillərdə 15-20 faiz arası artım müşahidə olunub. 15 min manatdan yuxarı qiymətə olan avtomobillərdə 8-10 faiz qiymət artımı qeydə alınıb. Ekspert bildirib ki, avtomobil qiymətlərində artım oktyabrın axırından müşahidə edilməyə başladı.
Bazarda aktivlik məsələsinə gəlincə isə, V.Hüseynov qeyd edib ki, dəyəri 15 min manata qədər olan avtomobil bazarında müəyyən aktivlik hiss olunur, lakin ondan yuxarı olan avtomobillərin satışında isə durğunluq müşahidə olunur.
banner

Oxşar Xəbərlər