• çərşənbə, 24 Aprel, 09:33
  • Baku Bakı 13°C

Azərbaycanda neft-qaz hasilatı artıb

14.12.18 15:30 823
Azərbaycanda neft-qaz hasilatı artıb
Azərbaycanda neft hasilatı 0,2 faiz, əmtəəlik təbii qaz istehsalı isə 4,9 faiz artıb.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-noyabr aylarında 44 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin neft sektorunda məhsul istehsalı 0,3 faiz artıb.
Sənaye məhsulunun 73,4 faizi mədənçıxarma sektorunda, 4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,6 faiz artıb.
banner

Oxşar Xəbərlər