AZE | RUS | ENG |

“Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah”

“Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah”
Bu mövzuda Gəncədə seminar-treninq keçirilib

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncədə "Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah”” mövzusunda seminar-treninq keçirilib. 

Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadigar Bədəlov, Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, ziyalılar, gənclər və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadigar Bədəlov mənəvi dəyərlərin təbliği ilə bağlı həyata keçirilən işlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. 

Daha sonra çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev Fondun həyata keçirdiyi tədbirlər haqqında söhbət açdı. C.Əliyev bildirdi ki, dəyərlər sistemi dünən və bu gün qorunduğu kimi, gələcək nəsillərə də çatdırılmalıdır. Mənəvi dəyərlərin təbliğ edilməsinin dövlət tərəfindən dəstəkləndiyini qeyd edən İcraçı direktor müavini Fondun bu fəaliyyəti həyata keçirdiyini diqqətə çatdırdı. 

Seminar-treninqdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli mənəvi dəyərlərin mahiyyəti və qorunması ilə bağlı geniş məruzə ilə çıxış etdi. Y.Məmmədli ailə dəyərlərinin mənəvi dəyərlərin qorunmasında xüsusi rola malik olduğunu vurğuladı. 

Mənəviyyat güclü təlim-tərbiyə və təhsildən keçir deyən Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva gənc nəslin elmli və savadlı mühitdə formalaşmasının vacibliyi haqqında danışdı. 

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev təşkil edilmiş tədbirə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna minnətdarlığını bildirdi. 

Seminar-treninqin yekununda gənclərlə fikir mübadiləsi aparıldı.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9292
GEL 1 1 Gürcüstan larisi 0.6379
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1461
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.7128
KWD 1 1 Küveyt dinarı 5.5895
TRY 1 1 Türkiyə lirəsi 0.3157