• cümə axşamı, 18 aprel, 13:17
  • Baku Bakı 22°C

Libertadores kubokunun finalını keçirmək mümkün olmur

26.11.18 11:25 580
Libertadores kubokunun finalını keçirmək mümkün olmur
Libertadores kubokunun finalında "Boko Xuniors”la "River Pleyt” arasında cavab qarşılaşmasını keçirmək mümkün olmur.
Kaspi.az xəbər verir ki, "River” azarkeşlərinin "Boko”nun avtobusuna hücum etməsi ucbatından, görüş noyabrın 25-nə təxirə salınmışdı. Ancaq komandalar meydana çıxmayıblar.
Maraqlıdır ki, hər iki klub rəhbərliyi belə şəraitdə oynamağın əleyhinədir. "Boka Xuniors” rəhbərliyi KONMEBOL-dan tələb edir ki, "River Pleyt”ə texniki məğlubiyyət verilsin. "Boka” iddiasını əsaslandırmaq üçün təşkilatın reqlamentindəki 8-ci bəndi əsas gətirir. Bu bənddə qeyd olunub ki, stadion ətrafında baş verən insidentə görə, ev sahibi komanda cavabdehlik daşıyır.
"River Pleyt”in prezidenti Rodolfo Donofrio bildirib ki, belə şəraitdə oynamaq istəmirlər. O, psixoloji gərginlik altında olan rəqib üzərində qələbə qazanmağın ədalətsizlik olduğunu vurğulayaraq, meydana çıxmayacaqlarını bildirib.
Ancaq bununla belə, prezident, insidentə görə, "River Pleyt”in heç bir məsuliyyət daşımadığını da vurğulayıb. Görüş qeyri-müəyyən müddətə təxirə salınıb. Bu komandalar arasında ilk qarşılaşma 2:2 hesabı ilə baş çatıb.
banner

Oxşar Xəbərlər