AZE | RUS | ENG |

“İntəhası...”

“İntəhası...”
İntəhasını yazıçı Mirmehdi Ağaoğlu deyəcək... 
1.   Antonen Arto "söz fikri çatdırmaqdan çox onu gizlətməyə xidmət edir” – deyir. İntəhası... biz çox vaxt yersiz danışıb özümüzü biabır etməklə məşğuluq. 
2.   İnsan sahib olduqlarının deyil, reallaşdırmaq istədiklərinin cəmidir. İntəhası... axırda nəyi reallaşdıra blibsə elə ona da  bərabər olur.
3.   Dünya yalan dünyadır. İntəhası... düşünəndə ki, kainatda canlı həyatın olduğu yeganə yer də buradır, o qədər də yalan olmadığını, hətta çox gerçək olduğunu anlayırsan.
4.   Küləyi dişləmək bihudə işdir. İntəhası... hamımız bu əzaba məhkumuq. 
5.   Hər yer ədəbiyyatdır. İntəhası... dostlarımızın o cür işıqlı arzuları da yarım qaldı. 
6.   Bu kino ki var, çox qəlizdir, həm qəlizdir, həm də ki vacib. İntəhası... bu misalın timsalında köhnəlikdən qurtulmayınca yeni bir şey ortaya qoya bilməyəcəyik. 
7.   Bizdə teatr var. İntəhası... azad deyil. 
8.   Eşşəklər qulaqları ilə əl çalır. İntəhası... yaxşı iş görmür.  
9.   Bugün pazar... 
Bugün, beni ilk defa 
Güneşe çıkardılar... İntəhası... Nazimin o həyatsevərliyi bizdə yoxdur. 
10.   Nağılların sonunda göydən üç alma düşür. İntəhası... çox vaxt çürük çıxır.  
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219