• cümə, 26 Aprel, 00:59
  • Baku Bakı 16°C

Ermənistan diplomatiyasının məğlubiyyəti

10.11.18 18:34 553
Ermənistan diplomatiyasının məğlubiyyəti
Ermənistanın qonşu dövlətlərə münasibətdə yürütdüyü siyasət Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatına (KTMT) məlumdur. İşğalçı ölkə bu siyasətinə görə təşkilat üçün əlavə yük və problemdən başqa bir şey deyil. Qurumun təsis olunmasından etibarən KTMT-yə Ermənistan qədər zərbə vuran ikinci bir dövlət olmayıb.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, sammitdə təşkilatın baş katibi vəzifəsində olan Yuri Xaçaturovun azad edilməsi Ermənistanın 2020-ci ilə qədər bu təşkilatda söz sahibi olmaq niyyətini puç etdi. Xaçaturov cəmi ilyarım bu vəzifəni tutdu və məqsəd o idi ki, növbəti ilyarım ərzində də bu postda olsun. Ümumiyyətlə, KTMT-nin Astana sammiti Ermənistan diplomatiyasının məğlubiyyəti kimi qiymətləndirilməlidir.
Onun sözlərinə görə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı nümayəndəsinin geri çağırılması təbiidir. Çünki Paşinyan hakimiyyətə gəldikdən sonra əvvəlki hərbi cinayətkar rejimin yanlış siyasətini davam etdirir. Bu sammit həm də onunla yadda qaldı ki, Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, KTMT çərçivəsində müşahidəçi və tərəfdaş dövlətin hüquqi statusunu müəyyən edən sənədə imza atıldı. Faktiki olaraq Azərbaycanın regiondakı yerini, çəkisini, əhəmiyyətini nəzərə alaraq təşkilat öz Nizamnaməsində dəyişiklik edir. Təşkilat yanında müşahidəçi dövlət statusunu müəyyən edir. Bu, Azərbaycan üçün hazırlanmış bir sənəddir. Ermənistan rəhbərliyi əmin oldu ki, onların hər zaman güvəndikləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Azərbaycanın çox ciddi nüfuzu var.
Milli Məclisin deputatı diqqətə çatdırıb ki, bütün bunlar çox önəmli hadisələrdir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Ermənistan hər zaman təşkilatın imkan və potensialından istifadə etməklə Azərbaycanı təhdid edib. Lakin bu sammit bir daha göstərdi ki, Ermənistanın bu təşkilatla bağlı düşüncələri xülyadır. Reallıqda bu təşkilat Azərbaycanla sıx əməkdaşlıq münasibətləri qurmaq istəyir. Bundan başqa, Azərbaycanın təşkilatın üzv dövlətləri yanında nüfuzu və əhəmiyyəti o qədər böyükdür ki, KTMT Nizamnaməsində dəyişiklik edilərək müşahidəçi dövlət statusu təsis edilib.
Aydın Hüseynov deyib: "Bu hadisə bir daha göstərdi ki, Ermənistanın beynəlxalq təşkilatlarda nüfuzu aşağıdır. Bu uğursuzluq işğalçı ölkədə siyasi-sosial böhranın dərinləşməsinə yol açacaq”.
banner

Oxşar Xəbərlər