• cümə, 29 Mart, 15:29
  • Baku Bakı 14°C

Vitse-spiker ölkədə korrupsiya olduğunu etiraf etdi

10.11.18 15:41 595
Vitse-spiker ölkədə korrupsiya olduğunu etiraf etdi
Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri Eduard Şarmazanov ölkədə korrupsiya olduğunu axır ki etiraf etdi.
Trend-in məlumatına görə, bunu millət vəkili Aydın Mirzəzadə deyib.
O bildirib: "E.Şarmazanov Baş nazir vəzifələrini icra edən Nikol Paşinyanı Ermənistan üçün KTMT-də Baş katib postunu qoruyub saxlaya bilməməkdə ittiham edib. Sonra isə diqqətiçəkən bir etiraf edib: "Korrupsiya ilə mübarizə aparmaq olar, amma bunu Ermənistan və Qarabağın təhlükəsizliyi hesabına etməyin". Şarmazanov, eyni zamanda keçmiş prezident Serj Sarkisyanın ən yaxın adamlarından hesab edilir, həm də onun sədrlik etdiyi Respublikaçılar partiyasının mətbuat katibidir".
A.Mirzəzadə əlavə edib ki, hələ də kiriminal hakimiyyəti müdafiə edən vitse-spiker özü də bilmədən çox ciddi etiraflar edib: "Birincisi, Ermənistan üçün beynəlxalq hüquq və nizamnaməsini imzaladığı təşkilatların qaydaları üstün deyil.
İkincisi isə, Şarmazanov Sarkisyan zamanında ölkədə korrupsiya olduğunu axır ki, etiraf etdi. Və ciddiyyətlə bildirir ki, əsas Ermənistandır, korrupsiya ilə mübarizə deyil. Ancaq o, korrupsiyanı saxlamaqla dövləti necə qurmağın mümkün olduğunu demədi".
banner

Oxşar Xəbərlər