• cümə, 19 Aprel, 13:49
  • Baku Bakı 25°C

Gürcüstanın valyuta ehtiyatları azalıb

08.11.18 10:15 552
Gürcüstanın valyuta ehtiyatları azalıb
Oktyabrda Gürcüstanın valyuta ehtiyatları 57 milyon ABŞ dolları məbləğində azalıb.
AZƏRTACxəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının veb-səhifəsində xəbər verilib.
Bankın məlumatında bildirilib ki, oktyabrın 31-nə ölkənin valyuta ehtiyatları 3 milyard 95 milyon dollar olub. Xarici valyutada olan ehtiyatların həcmi 2 milyard 894 milyon dollar təşkil edib. Sentyabrın 30-da isə ölkənin valyuta ehtiyatları 3 milyard 152 milyon dollar olmaqla ölkə tarixində ən yüksək həddə çatıb.
Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Gürcüstanın valyuta ehtiyatları minimal həddən də aşağıdır.
banner

Oxşar Xəbərlər