• cümə axşamı, 25 aprel, 07:57
  • Baku Bakı 14°C

ABŞ-ın neft ehtiyatları artıb

02.11.18 13:45 545
ABŞ-ın neft ehtiyatları artıb
Birləşmiş Ştatların neft ehtiyatları artıb.
AZƏRTACxəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 3,2 milyon barrel artaraq 426 milyon barrelə çatıb. Əvvəlki həftə ölkənin neft ehtiyatları 6,3 milyon barrel artmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə 6,4 milyon barrel azalıb.
Ötən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 334 min barrel azalaraq gündəlik 7,3 milyon barrel təşkil edib. Ölkənin benzin istehsalı isə sutkada 10,4 milyon barrel olub.
banner

Oxşar Xəbərlər