Millət vəkili Naqif Həmzəyev seçiciləri qəbul edib - Fotolar
Millət vəkili Naqif Həmzəyev Yeni Azərbaycan Partiyası Gəncə şəhər
təşkilatında yerləşən ofisində seçiciləri ilə
növbəti görüşünü keçirib.
Mütəmadi
olaraq təmsil etdiyi dairədə yaşayan seçicilərlə görüşən, onların arzu və təklifləri,
problemləri ilə maraqlanan millət vəkili bu dəfə də seçiciləri ayrı-ayrılıqda qəbul
edib. Naqif Həmzəyev ona unvanlanan müraciət və təklifləri səbrlə, təmkinlə, qayğı ilə dinləyib, eyni zamanda operativ tədbirlərin
görülməsi üçün aidiyyatı
qurumlarla əlaqə saxlayaraq, problemlərin həllinə nail olmağa çalışıb.
Görüşdə
o da vurğulanıb ki, seçiciləri narahat edən məsələlər daim diqqət mərkəzində
saxlanılır, araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülür, həlli çətin
məsələlərin yoluna qoyulması üçün müvafiq addımlar atılır.