• çərşənbə axşamı, 19 mart, 11:51
  • Baku Bakı 8°C

Jurnalistlər üçün təlim keçirilib - Fotolar

23.09.18 11:43 808
Jurnalistlər üçün təlim keçirilib - Fotolar
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı çərçivəsində Nabranda jurnalistlər üçün növbəti təlim kursu təşkil olunub. 21-23 sentyabr tarixlərində keçirilən təlim "Media və uşaq hüquqları: uşaqlar haqqında informasiya hazırlanmasının şərtləri”ni əhatə edib.
Təlimin ilk günündə GİZ-in əməkdaşı Şakir Səfərbəyov kursun məqsədi, strukturu, gözlənilən nəticələr barədə danışıb.
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli"Uşaq hüquqları və onun qorunmasının hüquqi əsasları”, "KİV və uşaq hüquqları: KİV-də uşaq hüquqlarının qorunmasını tənzimləyin qanunlar”, "Ənənəvi KİV və internet informasiya resurslarında, sosial şəbəkələrdə uşaqlar haqqında informasiya verilməsinin mövcud durumu”, "Jurnalistlərin peşə davranışı qaydaları və uşaq haqları” mövzusunda təqdimatlar edib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən təlimdə uşaqların malik olduqları müstəsna hüquqlar və hüquqi normalar, uşaq hüquqlarını qoruyan beynəlxalq normalar, uşaq hüquqlarını təminat altına alan yerli və beynəlxalq qanunlar media mənsublarının diqqətinə çatdırılıb.
Təlimin sonunda keçirilənlərin möhkəmləndirilməsi üçün praktiki iş görülüb, məqalələr hazırlanıb, biliklər qiymətləndirilib.
Alpər TURAN



banner

Oxşar Xəbərlər