Milli valyutada olan əmanətlər 1,7 dəfə artıb
Mərkəzi Bankın məlumatına görə, iyulun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 109,3 milyon manat olub.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildiriblər ki, əmanətlərin 62,4 faizi xarici, 37,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrunə nisbətən 1,7 dəfə artıb, xarici valyutada əmanətlər isə 0,2 faiz azalıb.