• şənbə, 20 Aprel, 06:59
  • Baku Bakı 14°C

Bitkoinin son qiyməti

17.08.18 09:00 675
Bitkoinin son qiyməti
Dünyada ən populyar kriptovalyuta olan bitkoin 6,4 min dollar ətrafında alınıb satılır.
Trend-in məlumatına görə, bitkoin ötən gün gecə saatlarında 6,6 min dollaradək yüksəldikdən sonra bir qədər dəyər itirib.
"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 0,15% azalaraq 6,408 min dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiyməti bahalaşıb. Belə ki, "Ethereum" 2,09% və ya 291,29 dollaradək, "Ripple" 1,52% (0,2915 dollara qədər), "Bitcoin Cash" isə 1,31% (524,75 dollaradək) bahalaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 206,75 milyard dollar təşkil edir və bunun 53,4% faizi bitkoinin payına düşür.
banner

Oxşar Xəbərlər