• çərşənbə axşamı, 19 mart, 10:55
  • Baku Bakı 8°C

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

13.08.18 14:00 810
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 195 cinayət faktından 33-nün üstü "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər