• cümə axşamı, 28 mart, 12:24
  • Baku Bakı 16°C

Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

30.07.18 11:19 497
Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib
Azərbaycan prezidentiİlham ƏliyevAvropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycan-Avropa İttifaqıəlaqələrinə toxunaraq, bu yaxınlarda Brüsselə səfərini vəAvropa İttifaqıŞurasının prezidenti Donald Tuskla keçirdiyi görüşünü məmnunluqla xatırlayaraq qeyd edib ki, həmin səfər zamanı aparılan səmərəli danışıqlar və AzərbaycanlaAvropa İttifaqıarasında "Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması əməkdaşlığın gələcək inkişafı üçün önəmlidir.
Prezidentİlham Əliyevqeyd edib ki, eyni zamanda, bu sənədin paraflanması Azərbaycanın Avropa ilə əlaqələrə böyük əhəmiyyət verdiyini bir daha nümayiş etdirib. Azərbaycan-Avropa İttifaqıəlaqələri gündəliyinin geniş olduğunu bildirən dövlət başçısı əməkdaşlığın uğurla inkişaf etdiyini deyib. Prezidentİlham Əliyevqeyd edib ki, Azərbaycan eyni zamandaNATO-nun etibarlı tərəfdaşıdır və bu təşkilat Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirir.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Prezidentİlham ƏliyevləAvropa İttifaqıŞurasının prezidenti Donald Tuskun görüşlərinin və Brüsseldəki tədbirlərin çox yaxşı səviyyədə keçdiyindən məlumatlı olduqlarını vurğulayıb. Toivo KlaarAvropa İttifaqı-Azərbaycan əlaqələrinin genişləndiyini qeyd edərək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu deyib. Bu baxımdan qonaq AzərbaycanlaAvropa İttifaqıarasında yeni sazişin yaxın zamanlarda imzalanacağına ümidvar olduğunu bildirib.
Söhbət zamanı əməkdaşlığın perspektivləri, Ermənistan-AzərbaycanDağlıq Qarabağmünaqişəsinin həlli ilə bağlı məsələlər, nəqliyyat, ticarət, turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər