• çərşənbə axşamı, 19 mart, 07:55
  • Baku Bakı 8°C

Putin və Ərdoğan arasında telefon danışığı olub

14.07.18 23:54 547
Putin və Ərdoğan arasında telefon danışığı olub
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

Putin Ərdoğanı prezident seçkilərində qələbə münasibəti ilə yenidən təbrik edib. Liderlər müxtəlif istiqamətlər üzrə əməkdaşlığın daha inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıblar.
"Beynəlxalq gündəmdə olan aktual məsələlər və regional problematika müzakirə olunub”, - deyə məlumatda bildirilir. Liderlər həmçinin təmasların davam etdirilməsinə dair razılığa gəliblər.

Türkiyə prezidenti administrasiyasının məlumatında bildirilir ki, Putin və Ərdoğan 25-27 iyul tarixlərində Yohannesburq şəhərində baş tutacaq BRICS sammitində ikitərəfli görüşün keçirilməsinə dair razılığa gəliblər.

Prezidentlər həmçinin Suriyadakı vəziyyəti, "Türk axını” və "Akkuyu” daxil olmaqla müştərək layihələri müzakirə ediblər.
banner

Oxşar Xəbərlər