• cümə, 19 Aprel, 02:36
  • Baku Bakı 18°C

Bir sıra ölkələrin liderləri Azərbaycan prezidentini təbrik ediblər

25.05.18 19:30 675
Bir sıra ölkələrin liderləri Azərbaycan prezidentini təbrik ediblər
Macarıstan prezidenti Yanoş Ader Azərbaycan prezidentiİlham Əliyevəməktub göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident. İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü vəAzərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sizə və xalqınıza səmimi qəlbdən təbriklərimi bildirim. Azərbaycan iqtisadi və sosial inkişafda əhəmiyyətli nəticələr əldə edib və bu gün geniş bir regionda aparıcı ölkələrdən birinə çevrilib. Bu inkişafın daimi olmasını arzulayıram. Sizi əmin edə bilərəm ki, Macarıstan ölkələrimiz arasında strateji əməkdaşlığın daha da inkişaf etdirilməsinə sadiqdir. Əlamətdar bayram münasibətilə Sizə cansağlığı, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm”.
İ.Əliyevi 28 May-Respublika Günü vəAzərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə həmçinin Yunanıstan prezidenti Prokopis Pavlopulos, İsveçrə Konfederasiyası prezidenti Alain Berset, Koreya Respublikası prezidenti Mun Ce-in, Sudan prezidenti Ömər Həsən Əhməd əl-Bəşir, Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Migel Dias-Kanel Bermudes və İspaniya kralı VI Felipe təbrik ediblər.

banner

Oxşar Xəbərlər