• cümə axşamı, 28 mart, 14:15
  • Baku Bakı 16°C

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

07.05.18 16:52 775
Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub
Azərbaycan prezidentiİlham ƏliyevRusiya prezidentiVladimir Putinə telefonla zəng edib.

APA-nın məlumatına görə, dövlət başçısıVladimir Putini Rusiya Federasiyasının prezidenti vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə fəaliyyətində yeni uğurlar arzulayıb.

Dövlət başçısı, eyni zamanda, Rusiya prezidentinə qarşıdan gələn 9 May - Qələbə günü münasibətilə təbriklərini çatdırıb.
PrezidentVladimir Putintəbrikə və göstərilən diqqətə görə prezidentİlham Əliyevə minnətdarlığını bildirib və öz növbəsində dövlətimizin başçısını qarşıdan gələn 9 May - Qələbə günü münasibətilə təbrik edib.

Prezidentİlham Əliyevtəbrikə görə təşəkkür edib.

Söhbət zamanı dövlət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələrinin uğurlu inkişafını qeyd edib, ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
banner

Oxşar Xəbərlər