Azərbaycan-Türkiyə sənədləri imzalanıb
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası başa çatdıqdan sonra Azərbaycan prezidentiİlham Əliyevin və Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
APA-nın məlumatına görə, Azərbaycan prezidentiİlham Əliyevvə Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasının Protokolu”nu imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığa dair Sazişin tətbiqi ilə bağlı ikiillik (2018-2019) İş Proqramı”nı Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini Mehmet Ceylan imzalayıblar.
"Azərbaycan Respublikasının Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyiilə Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişi üzrə müzakirələrə dair Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat naziriŞahin Mustafayevvə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş”i Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarovvə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair Protokol”u Azərbaycanın müdafiə naziri, general-polkovnikZakir Həsənovvə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar imzalayıblar.