ADU-da dəyirmi masa keçirilib
Azərbaycan Dillər
Universitetində (ADU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə "Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli
haqqında” kitabına həsr olunan dəyirmi masa keçirilib.
TEC-in sədri Lamiə Muğalova
bildirib ki, əsrlər boyu Azərbaycanda formalaşan multikultural dəyərlər ulu öndər
Heydər Əliyevin hakimiyyəti dövründə yeni inkişaf mərhələsinə qədəm qoyub.
L.Muğalova Azərbaycan multikulturalizminin
dünya miqyasında öyrənildiyini deyib.
ADU-nun Tərbiyə işləri üzrə
prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
multikulturalizmin Azərbaycan modeli haqqında” kitabında Prezident İlham Əliyevin
multikultural dəyərlər barədə söylədiyi fikirlərin, eyni zamanda Azərbaycan
multikulturalizm modelinin xüsusiyyətlərinin öz əksini tapdığını bildirib.
Multikulturalizmin Azərbaycanın dövlət siyasəti olduğunu söyləyən S.Hüseynov
kitabın üç dildə dərc edilməsinin multikultural dəyərlərin dünya miqyasında təbliğində
əhəmiyyətli rolu olduğunu sözlərinə əlavə edib.
Beynəlxalq münasibətlər və İdarəetmə
fakültəsinin dekanı, dosent İbrahim Kazımbəyli "Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında”
kitabının müxtəlif təhsil müəssisələrində tədris olunmasının xüsusi əhəmiyyət kəsb
etdiyini deyib. O, deyib ki, Azərbaycan multikulturalizmi bu gün dünyada yüksək
qiymətləndirilir və Azərbaycan xalqı bu siyasəti öz həyat tərzi olaraq seçib.
Sonda Beynəlxalq münasibətlər və
İdarəetmə fakültəsinin I kurs tələbəsi Günay Sadıqlı və Filologiya və
jurnalistika fakültəsinin II kurs tələbəsi Sevinc Məsimova multikulturalizmə həsr
olunan slayd təqdim ediblər.