• cümə axşamı, 25 aprel, 19:02
  • Baku Bakı 21°C

“İdman jurnalistikası” üzrə magistr ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə!

24.04.18 12:21 1287
“İdman jurnalistikası” üzrə magistr ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə!
Məlum olduğu kimi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bir sıra yeni ixtisasların, o cümlədən, ingilis dilli "İdman jurnalistikası” magistr ixtisasının tədrisinə başlanılıb.

Hazırda isə Akademiya bu ixtisas üzrə 2018-2019-cu akademik dərs ili üçün növbəti qəbul aparılır. Belə ki, magistr imtahanının I mərhələsindən minimum 50 bal toplayan namizədlər 1 may 2018-ci il tarixinə kimi "İdman jurnalistikası” magistr proqramına qəbul üçün müraciət edə bilərlər: http://bit.ly/asapesmedia
Magistr proqramına qəbul imtahanın II mərhələsi Akademiya tərəfindən müsahibə formatında həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, "İdman Jurnalistikası” Magistr ixtisasının yaradılmasında əsas məqsəd bu sahədə beynəlxalq səviyyədə rəqabətədavamlı kadrların yetişdirilməsidir.

Təhsil proqramı Böyük Britaniyanın Şeffield Hallam universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. "İdman jurnalistikası” proqramına media sahəsində tanınmış beynəlxalq ekspert Dan Mason rəhbərlik edir. Tədris prosesi ingilis dilində, beynəlxalq təcrübəyə malik yerli və ya xarici mütəxəssislər tərəfindən həyata keçirilir.

Bu magistr proqramında təhsil alacaq magistrlar onlar üçün xüsusi yaradılmış Multimedia Mərkəzində PR, audio və video jurnalistika, online media, idman jurnalistikasının özəllikləri və s. ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Bununla yanaşı, "İdman jurnalistikası” ixtisasına qəbul olunan magistrlar proqram çərçivəsində Böyük Britaniyaya səfər edəcək, əsas təlim modullardan birini Şeffield Hallam Universitetində keçəcəklər.

Əlavə məlumat üçün: http://bit.ly/idmanjurnalistikasi,https://www.facebook.com/asapesmedia/






banner

Oxşar Xəbərlər