• cümə, 29 Mart, 02:28
  • Baku Bakı 7°C

Alı Altinbaş: “Türkiyə ilə Azərbaycan arasında elmi əlaqələr dərinləşir“

21.04.18 16:28 950
Alı Altinbaş: “Türkiyə ilə Azərbaycan arasında elmi əlaqələr dərinləşir“


"Türkiyənin Altınbaş Universiteti dünya universitetləri ilə yarışa biləcək səviyyədədir”. Bu fikirləri Bakıda keçirilən "”Türkiyə-Azərbaycan təhsil körpüsü” adlı konfransda Türkiyənin Altınbaş Universitetinin təsisçisi Ali Altınbaş səsləndirdi. Təsisçi ölkələrimiz arasında təhsil əlaqələrinin yaxınlığndan məmnunluğunu ifadə edərək təhsil ocağını yaratdığı zaman yaşadığı təcrübələrdən, qarşıya qoyulmuş hədəflərdən danışdı: "Türkiyə ilə Azərbaycanın təhsil əlaqələrinin böyük tarixi var. Hazırda 14 min azərbaycanlı tələbə Türkiyədə təhsil alır. Türkiyənin təhsil sistemi dünya təhsil sistemi ilə rəqabət aparacaq bir səviyyədədir. Bu baxımdan, Türkiyə universitetlərində təhsil alan tələbələr elmin bütün sahələrinə yiyələnə bilərlər”. A.Altınbaş təhsil əlaqələrinin təkcə bakalavr və magistr pillələri ilə məhdudlaşmadığını bildirdi: "Azərbaycanlı tələbələr həmçinin, Turkiyə ali məktəblərində doktorantura təhsili alır, elmi araşdırmalarla məşğul olurlar. Elmi əlaqələrimiz get-gedə genişlənir. Əminəm ki, keçirilən bu tip konfranslar ölkələrimiz arasında təhsil körpüsünü daha da möhkəmləndirəcək”.




banner

Oxşar Xəbərlər