• cümə, 19 Aprel, 22:09
  • Baku Bakı 24°C

Atəşkəs rejimi 93 dəfə pozulub

21.04.18 11:45 759
Atəşkəs rejimi 93 dəfə pozulub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 93 dəfə pozub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonununAğdamkəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt,Ağdamrayonunun Nəmirli, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Yusifcanlı, Mərzili,Xocavəndrayonunun Kuropatkino,Füzulirayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz vəCəbrayılrayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər,Ağdam,XocavəndvəFüzulirayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
banner

Oxşar Xəbərlər