• şənbə, 20 Aprel, 17:10
  • Baku Bakı 23°C

Səudiyyə Ərəbistanı kralı Azərbaycan prezidentini təbrik edib

20.04.18 17:03 974
Səudiyyə Ərəbistanı kralı Azərbaycan prezidentini təbrik edib
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyev. Zati-alinizin yenidən Prezident seçilməyi münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə ən gözəl təbriklərimi çatdırıram. Cənab Prezident, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının xalqına isə daha yüksək inkişaf və firavanlıq arzu edirəm. Bu xoş fürsətdən istifadə edərək bildirirəm ki, qardaş ölkələrimizi və xalqlarımızı bir-birinə sıx bağlayan əlaqələri yüksək dəyərləndirir və onu bütün sahələrdə gücləndirmək və inkişaf etdirməyə çalışırıq”.

İ. Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə həmçinin Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud təbrik edib: "Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.Cənab Prezident, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasına daha sürətli inkişaf və onun xalqına rifah arzu edirəm”.
banner

Oxşar Xəbərlər