• çərşənbə axşamı, 19 mart, 12:36
  • Baku Bakı 8°C

Sabaha olan hava proqnozu

19.04.18 13:15 771
Sabaha olan hava proqnozu
Aprelin 20-də Bakıda və Abşeron yarımadasındahavaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək, arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 14-18, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Sabah Azərbaycanınqərb rayonlarından başlayaraq, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər