• şənbə, 20 Aprel, 13:50
  • Baku Bakı 23°C

XİN: Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım Rusiyanın prioritetlərindən biridir

16.04.18 13:25 789
XİN: Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım Rusiyanın prioritetlərindən biridir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım Rusiyanın prioritetlərindən biridir.
Trend-in məlumatına görə, bunu "Moskva-Baku” portalına Rusiyanın Xarici İşlər Nazirliyindən bildiriblər.
Qeyd olunur ki, bu prioritetlər Rusiyanın xarici siyasət konsepsiyasında əks olunub:"Biz ATƏT-in Minsk qrupunda Rusiyanın həmsədrliyi, eləcə də üçtərəfli formatda Azərbaycan və Ermənistan rəhbərlikləri ilə əldə olunmuş razılaşmalar nəzərə alınmaqla vasitəçilik işlərini davam etdirəcəyik”.
Nazirlikdən həmçinin bildirilib ki, Rusiya və Azərbaycan strateji tərəfdaşlıq münasibətlərini davam etdirəcək:"İki qardaş xalq arasındakı əlaqələr zəngin tarixə malikdir. Biz Azərbaycanla siyasi, ticarət-iqtisadi və humanitar əlaqələrin hərtərəfli və səmərəli inkişafının tərəfdarıyıq. Əminik ki, Rusiya-Azərbaycan tərəfdaşlığı ölkələrimizin köklü maraqlarına cavab verir, Cənubi Qafqaz və Xəzər regionunda sabitlik və təhlükəsizliyə xidmət edir”.
banner

Oxşar Xəbərlər