AZE | RUS | ENG |

XİN: Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım Rusiyanın prioritetlərindən biridir

XİN: Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım Rusiyanın prioritetlərindən biridir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım Rusiyanın prioritetlərindən biridir.

Trend-in məlumatına görə, bunu "Moskva-Baku” portalına Rusiyanın Xarici İşlər Nazirliyindən bildiriblər.

Qeyd olunur ki, bu prioritetlər Rusiyanın xarici siyasət konsepsiyasında əks olunub: "Biz ATƏT-in Minsk qrupunda Rusiyanın həmsədrliyi, eləcə də üçtərəfli formatda Azərbaycan və Ermənistan rəhbərlikləri ilə əldə olunmuş razılaşmalar nəzərə alınmaqla vasitəçilik işlərini davam etdirəcəyik”.

Nazirlikdən həmçinin bildirilib ki, Rusiya və Azərbaycan strateji tərəfdaşlıq münasibətlərini davam etdirəcək: "İki qardaş xalq arasındakı əlaqələr zəngin tarixə malikdir. Biz Azərbaycanla siyasi, ticarət-iqtisadi və humanitar əlaqələrin hərtərəfli və səmərəli inkişafının tərəfdarıyıq. Əminik ki, Rusiya-Azərbaycan tərəfdaşlığı ölkələrimizin köklü maraqlarına cavab verir, Cənubi Qafqaz və Xəzər regionunda sabitlik və təhlükəsizliyə xidmət edir”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9459
GEL 1 1 Gürcüstan larisi 0.6397
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1854
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1886
CHF 1 1 İsveçrə frankı 1.7119
KWD 1 1 Küveyt dinarı 5.5939
TRY 1 1 Türkiyə lirəsi 0.3191