• cümə axşamı, 28 mart, 16:53
  • Baku Bakı 16°C

Putin və Ərdoğan arasında telefon danışığı olub

15.04.18 10:45 859
Putin və Ərdoğan arasında telefon danışığı olub
Rusiya prezidentiVladimir Putintürkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla ABŞ-ın və müttəfiqlərininSuriyaya raket zərbələrinin endirməsini müzakirə edib.
APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, prezidentlər ABŞ və müttəfiqlərininSuriyaya raket zərbələri endirməsi nəticəsində bu ölkədə gərginləşən vəziyyəti müzakirə ediblər. V.Putin qeyd edib ki, Qərb ölkələrinin bu cür addımlarıBMTNizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur.
"Rusiya vəSuriyatərəfi son hadisələr fonundaSuriyada siyasi nizamlanma prosesinin real irəliləməsinə istiqamətləndirilmiş ikitərəfli qarşılıqlı əlaqələrin fəallaşdırılmasının vacibliyini qeyd ediblər” – deyə məlumatda bildirilir.
Türkiyə mətbuatı Ərdoğanın danışıqlarda gərginliyin azaldılmasının vacibliyini qeyd edib.
Prezidentlər ikitərəfli və regional problemlər üzrə sıx təmasların davam etdirilməsinə dair razılığa gəliblər.
banner

Oxşar Xəbərlər