• cümə axşamı, 28 mart, 13:17
  • Baku Bakı 16°C

Gənclər Fonduna 3 milyon manat ayrılıb

09.04.18 19:59 808
Gənclər Fonduna 3 milyon manat ayrılıb
Azərbaycan prezidentiİlham ƏliyevAzərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqındasərəncam imzalayıb.

APA-nın məlumatına görə, gənclərin təhsil, məşğulluq, innovasiya fəaliyyəti, beynəlxalq əməkdaşlıq, asudə vaxtın səmərəli təşkili, ictimai fəal gənclərin stimullaşdırılması istiqamətində həyata keçirilən layihələrin maliyyələşdirilməsi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər Fonduna 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
banner

Oxşar Xəbərlər