• cümə, 29 Mart, 14:34
  • Baku Bakı 14°C

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

07.04.18 10:40 1163
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Bu barədə Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumatda qeyd olunub.
Məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər xəsarət almışdır.
Bundan başqa, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Eləcə də cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər