• çərşənbə axşamı, 19 mart, 07:05
  • Baku Bakı 8°C

Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

19.03.18 14:41 468
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib
Prezidentİlham Əliyevmartın 19-da Rusiya prezidentiVladimir Putinə telefonla zəng edib.
APA-nın xəbərinə görə, Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir ki, dövlət başçısı Rusiya Federasiyasının Prezidentini seçkilərdə inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona Rusiya xalqının firavanlığını naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Prezidentİlham Əliyevqeyd edib ki, Rusiya FederasiyasıVladimir Putinin rəhbərliyi ilə müxtəlif sahələrdə böyük nailiyyətlər əldə edib, eyni zamanda, Rusiya-Azərbaycan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycan Prezidenti ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Prezidentİlham Əliyevbir dahaVladimir Putinə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirənVladimir Putinöz növbəsində qeyd edib ki, qarşılıqlı inam əsasında qurulmuş və bir çox sahələri əhatə edən Rusiya-Azərbaycan münasibətləri bu gün uğurla inkişaf edir. Rusiya Prezidenti əlaqələrimizin gələcəkdə də genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu bildirib.
Dövlət başçıları Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
banner

Oxşar Xəbərlər