• çərşənbə axşamı, 16 aprel, 23:49
  • Baku Bakı 18°C

Sabahın hava proqnozu

13.03.18 14:20 518
Sabahın hava proqnozu
Bakıda və Abşeron yarımadasında martın 14-dəhavaşəraitinin arabir yağıntılı olacağı, gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə,havanın temperaturunun Abşeron yarımadasında gecə 0-2, gündüz 5-8, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yuxarı 766 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında martın 14-dəhavaşəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, martın 14-15-də Abşeron yarımadasında rütubətlihavaşəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
banner

Oxşar Xəbərlər