• cümə, 19 Aprel, 04:26
  • Baku Bakı 18°C

Alveş Ronaldonun forması ilə burnunu silib?

13.03.18 13:50 838
Alveş Ronaldonun forması ilə burnunu silib?
PSJ-nin futbolçusu Dani Alveş Çempionlar Liqasının 1/8 finalında "Real”la keçirilən cavab qarşılaşması barədə danışıb.
Kaspi.az xəbər verir ki, Alveş həmin oyunda Ronaldo ilə arasında yaşanan gərginlik barədə də məlumat verib. O, olayın tam təhrif olunduğunu vurğulayıb:
"Deyirlər ki, Ronaldonun formasına burnumu silmişəm. Bax, ona görə deyirəm ki, hansı dünyada yaşadığımı bilmirəm.
Hərdən fikirləşirəm ki, mənim 2 yaşım var, ya da belə danışan insanlar bu yaşdadırlar. Ronaldonun məni vurmaq istədiyini gördüm.
Ancaq burda qəribə heç nə yoxdur. Bu, mübarizədir. Hətta həmin epizoddan sonra ona belə dedim: "Mən də sənin kimiyəm, qoca. Məğlub olmağı sevmirəm”.
PSJ hər iki oyunda "Real”a məğlub olaraq (1:3, 1:2) mübarizəni dayandırıb.
banner

Oxşar Xəbərlər