Neft ucuzlaşıb
Dünya birjalarında neft ucuzaşıb.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,14 dollar və ya 0,22% ucuzlaşaraq 63,77 dollar təşkil olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,12 dollar və ya 0,18% azalaraq 67,38 dollar təşkil edib.