• cümə axşamı, 18 aprel, 14:36
  • Baku Bakı 22°C

Azərbaycan prezidenti Niderland Senatının sabiq sədrini qəbul edib

21.02.18 12:10 1000
Azərbaycan prezidenti Niderland Senatının sabiq sədrini qəbul edib
Azərbaycan prezidentiİlham ƏliyevNiderland Krallığı Senatının sabiq sədri,Avropa ŞurasıParlament Assambleyasının sabiq prezidenti, Azərbaycan-Niderland Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.
APA-nın məlumatına görə, ADA Universiteti ilə Niderlandın Vaqeninqen Universitetinin birgə hazırladığı "Azərbaycanda аqrоbiznеs imkаnlаrının masterplanı” adlı layihənin təqdimatının əhəmiyyətinə toxunan Rene Van der Linden kənd təsərrüfatının Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən olması barədə məlumatlı olduqlarını deyib.
Qonaq təqdim olunacaq layihənin gələcəkdə həyata keçirilməsinin Niderland şirkətlərinin Azərbaycana cəlb olunması, onların ölkəmizdə keçirilən Caspian Agro-Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirakı və Azərbaycanın müvafiq təhsil ocaqları ilə əlaqələrin qurulması işinə öz töhfəsini verəcəyini bildirib.
banner

Oxşar Xəbərlər