• cümə, 26 Aprel, 13:45
  • Baku Bakı 23°C

Əfv Komissiyasının növbəti iclası keçirilib

20.02.18 18:53 656
Əfv Komissiyasının növbəti iclası keçirilib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb, onların əksəriyyətinə müsbət rəy verilib.

İndiyədək keçirilən iclaslarda 400-ə yaxın müraciətə baxılıb.

Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.

Əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması gözlənilir.
banner

Oxşar Xəbərlər